Azərbaycan Dövlət Musiqili Teatrında “Qırmızı papaq” əsərinin premyerası olacaq

Azərbaycan Dövlət Musiqili Teatrında “Qırmızı papaq” əsərinin premyerası olacaq
# 14 noyabr 2014 17:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Yevgeni Şvartsın “Qırmızı papaq” əsərinin premyerası olacaq.

Teatrın mətbuat katibi Ağca Muxtarovanın APA-ya verdiyi məlumata görə, tamaşanın quruluşçu-rejissoru əməkdar artist Boris Qrafkindir.

Tamaşanın premyerası dekabrın əvvəllərində baş tutacaq. Səhnə əsərində əsas obrazları əməkdar artistlər Emma Məlikova, Səmayə Musayeva, aktyorlar Elçin İmanov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova və başqaları canlandıracaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR