Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri seçilib

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri seçilib
# 29 oktyabr 2014 12:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, iclasın gündəliyinə MNTK sədrinin seçilməsi, Qubad İbadoğlu tərəfindən MNTK-ya göndərilən arayışa verilən ilkin Rəyin müzakirəsi və cari məsələlər daxil edilib.

MNTK sədrliyinə iki nəfər öz namizədliyini irəli sürüb. Sədr seçkisi gizli səsvermə yolu ilə keçirilib. Gizli səsvermə nəticəsində Sevinc Hüseynova səs çoxluğu ilə MNTK-nın sədri seçilib.

Gündəlikdə duran ikinci məsələ geniş müzakirə olunub və növbəti iclasda Qubad İbadoğluna arayışla bağlı yekun rəyin təqdim olunması qərara alınıb.

Sonda cari məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR