Azərbaycan bir ildə enerji istehsalını 6% artırıb

Azərbaycan bir ildə enerji istehsalını 6% artırıb
# 05 noyabr 2014 14:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. Kv/S-a yaxın elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 5,9% çoxdur.

Bu ilin ötən 10 ayı ərzində isə 18,5 mlrd. Kv/S-dan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,7% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR