Azərbaycan rəssamları İstanbulda keçiriləcək beynəlxalq yarmarkada iştirak edəcəklər

Azərbaycan rəssamları İstanbulda keçiriləcək beynəlxalq yarmarkada iştirak edəcəklər
# 15 oktyabr 2014 09:14 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanın bir qrup gənc rəssamı 12-16 noyabr tarixlərində İstanbulun Lütfi Kırdar sərgi və konfrans salonunda keçiriləcək beynəlxalq “Contemprorary Art İstanbul” yarmarkasında iştirak edəcəklər. Bu barədə məlumatı yarmarkanın təşkilinə hazırlıq işləri ilə bağlı keçirilən mətbuat konfransında “Contemporary İstanbul” idarə heyətinin sədri Əli Güreli verib.

APA-nın “Çağdaş konsepsiyalı beynəlxalq yarmarkada sənət baxımından Türkiyədən çox irəlidə olan Azərbaycandan sənətkarlar iştirak edəcəkmi?” - sualına Əli Güreli belə cavab verib: “Biz qonşu ölkələrin, o cümlədən, qardaş Azərbaycanın bu yarmarkada aktiv şəkildə iştirak etməsini istəyirik. “YARAT” Fonduna bağlı “Yay” Qalereyası bu yarmarkada öz rəssamlarının əsərlərini nümayiş etdirəcək ki, bu, bizi çox sevindirir. Azərbaycanla münasibətləri gələcəkdə daha da inkişaf etdirmək fikrindəyik”.

Qeyd edək ki, “Contemporary İstanbul” bu il doqquzuncu dəfə keçiriləcək. Keçən il keçirilən yarmarkada 72 min ziyarətçi iştirak edib ki, onlardan 2 mini kolleksiyaçı olub. Yarmarkanın əsas məqsədi dünyanın önəmli kolleksiyaçılarını Türkiyənin rəsm bazarına çəkməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR