Xırdalanda baş verən partlayış nəticəsində Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən biri artıq evə buraxılıb

Xırdalanda baş verən partlayış nəticəsində Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən biri artıq evə buraxılıb
# 09 sentyabr 2014 08:30 (UTC +04:00)

Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahov APA-ya açıqlamasında deyib ki, hadisə nəticəsində bədənin küt travması ilə xəstəxananın uşaq şöbəsində müalicə alan 2010-cu il təvəllüdlü Abdullayeva Aytac dünən evə yazılıb. Xəstəxanaya gətiriləndən sonra ona lazımi yardım göstərilib.

2005-ci il təvəllüdlü Abbasov Ayxan axşam saatlarında gətirilib. O da bədənin küt travması ilə palata şəraitində müalicə alır.

Vəziyyəti orta-ağır olan 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızıdır. Kəllə-beyin travması, qolun, bazunun, almacıq sümüyünün, 11-ci bel fəqərəsinin sınığı, döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilən xəstə hazırda reanimasiyadadır. Səhhətində müsbət dinamika var, amma bərpası üçün vaxt lazımdır.

Qalan xəstələr - 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu bədənin çoxsaylı əzilmələri, 15 yaşlı İsmayıllı Aygün Vidadi qızı aşağı ətrafının didilmiş, cırılmış yarası ilə müalicə alır.

Hazırda Klinik Tibbi Mərkəzdə 4 xəstənin müalicəsi davam etdirilir. Onların səhhəti ilə mütəmadi maraqlanıb lazımi tapşırıqlar verilir.

Qeyd edək ki, hadisə nəticəsində xəstəxanaya gətirilən 2000-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlunun yanıq xəsarətləri olduğu üçün Respublika Yanıq Mərkəzinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR