Prokurorluğun sabiq əməkdaşı ilə birlikdə cinayət törətməkdə təqsirləndirilən qadına hökm oxunub

Prokurorluğun sabiq əməkdaşı ilə birlikdə cinayət törətməkdə təqsirləndirilən qadına hökm oxunub
# 02 dekabr 2014 08:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Dünya Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən D. Cəfərova 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, D. Cəfərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və Sergey Biserovla birlikdə cinayət əməli törədiblər. Zərərçəkmiş şəxsin şikayətindən sonra V. Müslümov və S. Biserov həbs olunsalar da, D. Cəfərovanın barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmə prosesi keçirilən zamanı isə D. Cəfərova iclaslara gəlməyib. Bunun üçün də onun barəsində məhkəmə tərəfindən həbs qərarı verilib. Bundan sonra qadın həbs edilib və barəsində olan cinayət işi digərlərinin cinayət işindən ayrılaraq yenidən icraata verilib.

Onu da qeyd edək ki, S. Biserovla D. Cəfərova evli olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Müslümov 12 il, S. Biserov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onların hər üçü Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

V. Müslümov baş prokuror Zakir Qaralovun əmri ilə işdən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR