Sabahdan Azərbaycan ərazisində küləkli hava şəraiti müşahidə olunacaq - VİDEO

Sabahdan Azərbaycan ərazisində küləkli hava şəraiti müşahidə olunacaq - <span style="color: red;">VİDEO
# 18 iyul 2014 10:06 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, belə hava şəraiti 3 gün ərzində davam edəcək.

İyulun 20-dən isə havanın temperaturu 3-5 dərəcə düşəcək.

İyulun 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində isə 28-29 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR