Tərtərdə aşan "Mercedes"in sərnişinin şəxsiyyəti müəyyən edilib

Tərtərdə aşan "Mercedes"in sərnişinin şəxsiyyəti müəyyən edilib
# 24 iyul 2014 17:58 (UTC +04:00)

Bu gün Tərtərdə ölümlə nəticələnən yol qəzasında xəsarət alan sərnişinin şəxsiyyəti müəyyən edilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu həlak olan sürücünün həmkəndlisi, 1971-cil təvəllüdlü Hüseynov Sənani Nuruş oğludur. Bərdə MRX-ya çatdırılan S. Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xatırladaq ki, bu gün Tərtər rayonunun Hüsənli kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Kənd sakini Mirzəyev Seymur Məhiyyədin oğlu idarə etdiyi 90 NB 824 nömrə nişanlı "Mercedes" markalı minik maşınını aşırıb. Sürücü hadisə yerində keçinib. Onun, sərnişini isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöəbsində araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR