Füzuli rayon sakini Lerikdə çayda boğulub

Füzuli rayon sakini Lerikdə çayda boğulub
# 29 iyul 2014 15:24 (UTC +04:00)

Lerik Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə saat 16.30 radələrində Lənkəran-Lerik şosesinin 27-ci kilometrliyi ərazisində qeydə alınıb. Füzuli rayonunun Şıxlı kənd sakini, 1990-cı il təvəllüdlü Şamxal Nuşirəvan oğlu Cəfərov “Xəzər” istirahət mərkəzinin yaxınlığından keçən çayda çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ş.Cəfərovun Lerik rayonuna istirahətə gəldiyi bildirilir.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR