Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün xidməti minik avtomobillərinin say həddi artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün xidməti minik avtomobillərinin say həddi artırılıb
# 25 avqust 2014 15:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini üçün xidməti minik avtomobillərinin say həddi (limiti) artırılıb.

Dövlət Komitəsinin Aparatı üzrə xidməti minik avtomobillərinin say həddi 4 ədəddən 5 ədədə çatdırılıb. Nazirlər Kabineti Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etməyi tapşırıb.

Qeyd edək ki, Dövlət Komitəsinin ərazi və yerli bölmələr üzrə ayrılan xidməti minik avtomobillərinin say həddi 9 ədəddir. Dəyişiklikdən sonra Dövlət Komitəsi üzrə xidməti minik avtomobillərinin cəmi say həddi 13 ədəddən 14 ədədə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR