Bakıda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub

Bakıda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub
# 06 sentyabr 2014 07:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də Lökbatan qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini Qabil İsayevin cibindən içərisində 100 ABŞ dolları olan pul kisəsini götürərək qaçıb.

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Emin Mirzəyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5 qramdan artıq marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR