İraqda və Suriyada “İslam dövləti”nin tərəfində 13 min əcnəbi vuruşur

İraqda və Suriyada “İslam dövləti”nin tərəfində 13 min əcnəbi vuruşur
# 24 sentyabr 2014 23:39 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasındakı çıxışında bəyan edib.

“Əl-Qaidə” və “Taliban” üzrə müşahidə qrupunun rəyinə əsasən, “İslam dövləti” və "Cebhat ən-nüsra"qruplaşmalarına 80 ölkədən olan 13 min yaraqlı qoşulub”, deyə Pan Gi Mun bildirib.

Qeyd edək ki, "Cebhat ən-nüsra" radikal islamçı qruplaşması 2012-ci ilin yanvarında Suriyada vətəndaş müharibəsi zamanı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR