Cəlilabadda keçirilən toyda spirtli içkidən zəhərlənmə baş verib

Cəlilabadda keçirilən toyda spirtli içkidən zəhərlənmə baş verib
# 16 oktyabr 2014 10:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda toyda zəhərlənmə faktı qeydə alınıb. Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, oktyabrın 15-də Cəlilabad şəhər sakinləri Həmid Nəsirov, Aqil Əliyev və Orxan Nəsirov alkoqoldan zəhərlənərək xəstəxanaya aparılıblar. İlkin məlumatlara görə, onlar toy məclisində içdikləri spirtli içkidən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR