Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb - FOTOSESSİYA

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 oktyabr 2014 08:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Orxan Ağasəf oğlu Səfərəliyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu, Balakən rayonu, Qullar kəndində yaşayan vətəndaş Tamara Kamil qızı Əzizovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan paketlərdə 100 ədəd dərman həbi – metodon, 3,882 qram narkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR