İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən qardaşların məhkəməsi başlayıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən qardaşların məhkəməsi başlayıb
# 03 noyabr 2014 10:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirmək istəyən Rufan və Lətif Məmmədov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması) maddəsinə əsasən ittiham edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR