Müsavat başqanının müavini: “Partiya rəhbərliyi bütün üzvlərə qarşı münasibətdə ədalətlidir”

Müsavat başqanının müavini: “Partiya rəhbərliyi bütün üzvlərə qarşı münasibətdə ədalətlidir”
# 17 noyabr 2014 15:53 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiyadan çıxarılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, S. Əlisoy partiyanın Nizamnaməsini pozduğu üçün Müsavatdan çıxarılıb: “Bununla bağlı qarşı tərəfdən səsləndirilən iddialar həqiqətə uyğun deyil. Çünki Müsavat Partiyasının rəhbərliyi hər bir üzvünə qarşı ədalətli davranır”.

Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlının partiya sıralarından istefa verməsi barədə bəyanatına gəldikdə, E. Fəttah istefa ilə bağlı partiyaya rəsmi müraciət daxil olmadığından şərh vermək istəmədiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR