Əbülfəs Qarayev dekabrın 10-da Sabirabadda vətəndaşların qəbulunu keçirəcək

Əbülfəs Qarayev dekabrın 10-da Sabirabadda vətəndaşların qəbulunu keçirəcək
# 04 dekabr 2014 08:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 10-da Sabirabad şəhərində Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, habelə telefon məlumat sistemi vasitəsi ilə qəbula yazıla bilərlər.

Nazirlikdən bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların həmçinin rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR