Serbiya baş naziri: “Cənub axını” layihəsinin dayandırılması ölkəmiz üçün pis xəbər oldu”

Serbiya baş naziri:  “Cənub axını” layihəsinin dayandırılması ölkəmiz üçün pis xəbər oldu”
# 05 dekabr 2014 10:04 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Cənub axını” boru xəttinin inşası Serbiyanın enerji təhlükəsizliyi üçün böyük önəm daşıyır”.

APA-nın məlumatına görə, bunu Serbiyanın baş naziri Aleksandr Vuçiç “RTS” telekanalına müsahibəsində deyib.

O, layihənin dayandırılmasının Serbiya üçün pis xəbər olduğunu bildirib.

“Təbii ki, bu layihə həyata keçirilsə, daha yaxşı olardı. Serbiya həmişə bu layihəni dəstəkləyib, heç kim bizi günahlandıra bilməz”, - deyə o vurğulayıb.

A. Vuçiç Serbiya vətəndaşlarını narahat olmamağa da çağırıb: “Biz bu problemin həllini tapacağıq. Mən ölkə başçısı ilə bu məsələni müzakirə edəcəyəm, həmçinin verilən qərarı anlamaq üçün Rusiya prezidenti ilə əlaqə saxlayacam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR