Ucarda narkotik tərkibli bitki becərən şəxslər tutulub - VİDEO

Ucarda narkotik tərkibli bitki becərən şəxslər tutulub - <span style="color: red;">VİDEO
# 22 iyul 2014 07:02 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda narkotik tərkibli bitki əkib-becərən şəxslər saxlanılıb. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında rayonun Koroğlu küçəsi-9 nömrəli evdə yaşayan 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynov Rahil Hüseyn oğlunun evinə və həyətyanı sahəsinə baxış keçirilib. Polis əməkdaşları həyətyanı sahədən 84 ədəd çətənə kolu, yaşadığı evdən kibrit qutusunun içərisindən 24 ədəd çətənə kollarının toxumları və həyətdə olan avtomobil təmir sexindən 3 ədəd siqaret qutularının içərisindən, ümumi çəkisi 48,5 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. R.Hüseynovun qonşusu, 1964-cü il təvəllüdlü Məcidov Rövşən Həsən oğlunun həyətyanı sahəsinə baxış keçirilərkən oradan 7 ədəd çətənə kolu aşkar edilib. Hər iki şəxs saxlanılaraq istintaq bölməsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR