Adolf Hütter: “Yenə də o fikirdəyəm ki, “Qarabağ” Avstriya liqasında aparıcı mövqelərdə olardı”

Adolf Hütter: “Yenə də o fikirdəyəm ki, “Qarabağ” Avstriya liqasında aparıcı mövqelərdə olardı”
# 07 avqust 2014 07:14 (UTC +04:00)

Zalsburq – APA. “Zaltsburq” klubunun baş məşqçisi Adolf Hütter Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” üzərində 2:0 hesablı qələbəni şərh edib.

Apasport.az saytının məlumatına görə, Hütter oyunun maraqlı keçdiyini bildirib.

Baş məşqçi qalib gəldiklərinə sevindiyini bildirib: “Bizi dəstəkləyən azarkeşlərə də təşəkkür edirəm. Birinci hissədə daha çox qol vurmalıydıq. Hesab 3:0 da ola bilərdi. Biz Reynaldonun yerinə Nadirovun oynayacağını düşünürdük. “Qarabağ” çox ciddi rəqibdir. Biz cavab oyununa ciddi hazırlaşmışdıq. Oyun da göstərdi ki, yaxşı hazırlaşmışıq. Rəqibə şans vermədik. Bizə “Qarabağ”ın necə oynayacağı ilə bağlı əlavə informasiya verilibmi? Yox, belə bir şey olmayıb. Yenə də o fikirdəyəm ki, “Qarabağ” Avstriya liqasında aparıcı mövqelərdə olardı. Reynaldonun olmaması komandanı zəiflətdi. Bizim üçün növbəti rəqibimizin klim olacağının əhəmiyyəti yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR