Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasının premyerası keçirilib

Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasının premyerası keçirilib
# 20 sentyabr 2014 13:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR