Böyük Britaniya ABŞ-ın Suriyada apardığı hərbi əməliyyatlarda iştirak etmir

Böyük Britaniya ABŞ-ın Suriyada apardığı hərbi əməliyyatlarda iştirak etmir
# 23 sentyabr 2014 10:52 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Böyük Britaniya ABŞ-ın Suriyada apardığı hərbi əməliyyatlarda iştirak etmir.

APA - nın İTAR – TASS - a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya baş naziri Devid Kemeronun dəftərxanasından bildiriblər.

Böyük Britaniya Müdafiə Nazirliyindən isə bildiriblər ki, Birləşmiş Krallığın əməliyyatlarda iştirakı barədə qərar hələlik verilməyib, hazırda məsələ ilə bağlı müzakirələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR