Parisdə “Azərbaycan şəhərciyi” çərçivəsində caz konserti keçirilib - FOTO

Parisdə “Azərbaycan şəhərciyi” çərçivəsində caz konserti keçirilib - <span style="color: red;">FOTO
# 27 sentyabr 2014 07:22 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın mədəni dəyərlərini fransızlara tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonundakı Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən tədbirlərin səkkizinci günü caz musiqisinə həsr edilib. Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, sentyabrın 26-da gənc ifaçı Elçin Şirinovun parislilər və şəhərin qonaqları qarşısında çıxışı olub.

Tamaşaçıların böyük maraq göstərdiyi konsertdə E. Şirinov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib. Onu Samuel Laserson və Con Skot zərb alətlərində və kontrabasda müşayiət ediblər.

Təmiz Paris səması altında keçirilən daha bir gecədə paytaxt sakinləri və qonaqlar Azərbaycan günləri çərçivəsində növbəti musiqili gecəni yaşayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR