Nazir müavini: “Vergi orqanlarına partnyorluq sazişinin bağlanması ilə əlaqədar 3 mindən çox müraciət daxil olub”

Nazir müavini: “Vergi orqanlarına partnyorluq sazişinin bağlanması ilə əlaqədar 3 mindən çox müraciət daxil olub”
# 29 sentyabr 2014 11:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. İndiyədək vergi orqanlarına partnyorluq sazişinin bağlanması ilə əlaqədar 3 mindən çox müraciət daxil olub.

Azərbaycanda Amerika Ticarət Palatasından (“AmCham”) “APA-Economics”ə verilən məlumata görə, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov “AmCham”ın Bakıda təşkil etdiyi aylıq işgüzar naharı zamanı məlumat verib.

Onun sözlərinə görə, artıq bu müraciətlərdən 80%-i ilə saziş imzalanıb.

Qeyd edək ki, 2013-cü ildən vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni bir formatda - partnyorluq sazişləri əsasında qurulmasına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR