Rəssam Çingiz Mehbaliyev “İsmayılın xilası” adlı rəsm əsəri çəkib - FOTO

Rəssam Çingiz Mehbaliyev “İsmayılın xilası” adlı rəsm əsəri çəkib - <span style="color: red;">FOTO
# 13 oktyabr 2014 07:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Rəssam Çingiz Mehbaliyev “İsmayılın xilası” adlı yeni rəsm əsəri çəkib.

Rəssamın APA-ya verdiyi məlumata görə, yeni əsəri Şah İsmayılın uşaqlıq illərində ölümdən necə qurtulduğunu əks etdirir.

Onun sözlərinə görə, bu rəsmin mövzusunu professor Ziya Bünyadovun “Azərbaycan tarixi” kitabından götürüb: “Elə bir rəsm çəkmək istədim ki, Şah İsmayılın sərt xasiyyətinin onun uşaqlıq illərindən qaynaqlandığını göstərə bilim. Ağacdakı zənbildə gizlənib canını almağa gəlmiş cəlladı görmək və hər an öldürülə biləcəyini dərk etmək... Məncə, bu çox amansız həyat yaşantısıdır. Mənim çəkdiyim “İsmayılın xilası” rəsmi sözügedən mövzuda çəkilən ilk rəsm əsəridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR