Azərbaycanda zərərlə işləyən bankların sayı azalıb

Azərbaycanda zərərlə işləyən bankların sayı azalıb
# 03 noyabr 2014 07:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda mənfəətlə işləyən bankların sayında artım müşahidə olunur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin oktyabrın 1-nə ölkədə mənfəətlə işləyən bankların sayı ötən ilin müvafiq dövründəki kimi 38 təşkil edib.

Amma əvvəlki 2 aydan fərqli olaraq sentyabrda zərərlə işləyən bankların sayında azalma qeydə alınıb.

Belə ki, sentyabr ayını ölkədə fəaliyyət göstərən 44 bankdan 38-i mənfəət, 6-sı isə zərərlə başa vurub. 38 bankın əldə etdiyi cəmi mənfəət 348,52 mln. manat təşkil etdiyi halda, 6 bankın məcmu zərəri 31,33 mln. manata olub. Beləliklə, bank sisteminin cəmi mənfəəti 317,19 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisə də 28,59% və ya 70,52 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR