İtaliya sahillərində iki sutka ərzində 700-dək miqrant xilas edilib

İtaliya sahillərində iki sutka ərzində 700-dək miqrant xilas edilib
# 22 noyabr 2014 22:03 (UTC +04:00)

Bakı-APA. İtaliya sahil mühafizə qüvvələri iki sutka ərzində 700-dək afrikalı miqrant xilas edib. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, Liviyadan Siciliyaya üzərkən qəzaya uğrayan 5 gəmidən 520 nəfər xilas edilib. Daha iki qrup miqrant (78 və 93 nəfər) ticarət gəmiləri tərəfindən xilas olunub.

İtaliyanın rəsmi qurumları miqrant axınının xeyli artdığını qeyd edir. Belə ki, 2013-cü ilin birinci yarısında ölkəyə 8 min miqrant daxil olub, həmin ilin ikinci yarısında 35 min, 2014-cü ilin birinci yarısında isə 65 minədək miqrant gəlib.

Məlumata görə, İtaliya sahil mühafizə qüvvələri hər gün, orta hesabla, 400 miqrant xilas edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR