Səttar Mehbalıyev: “İş yerlərində işçilərin ölüm və xəsarət alması halları 12% azalıb”

Səttar Mehbalıyev: “İş yerlərində işçilərin ölüm və xəsarət alması halları 12% azalıb”
# 12 dekabr 2014 13:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda iş yerlərində işçilərin ölüm və xəsarət alması halları 10-12% azalıb.

Bu barədə “APA-Economics”ə açıqlamasında AHİK sədri Səttar Mehbalıyev deyib.

Konfederasiya sədrinin sözlərinə görə, bütün sahələrdə istehsalatda bədbəxt hadisələrin sayı aşağı düşüb: “Konfederasiyaya daxil olan həmkarlar ittifaqlarının mövcud olduğu müəssisə və təşkilatlarda bu göstərici daha aşağı düşüb. Yəni, harada həmkarlar təşkilatları varsa, orada əməyin mühafizəsi ilə ciddi məşğul olunur. Hər rüb həmkarlar təşkilatı müzakirələr aparır. Bu müzakirələrin nəticəsi olaraq əməyin mühafizəsi ilə bağlı nöqsanlar aradan qaldırılır”.

S. Mehbalıyev əlavə edib ki, həmkarlar ittifaqları olan müəssisələrdə əmək müqaviləsi olmayan işçilər yoxdur: “Bu məsələ Dövlət Əmək Müfəttişliyinin səlahiyyətindədir. Həmkarlar təşkilatları yaranan yerlərdə qayda-qanun yaradılır, işçilərin iş şəraiti, onların sosial vəziyyəti ilə məşğul olunur, işəgötürənlə həmkarlar ittifaqları arasında kollektiv müqavilələr bağlanılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR