“Bank VTB (Azərbaycan)” “Çirkli Pulların Yuyulması və Terrorizmlə Mübarizə” mövzusunda seminar keçirib

“Bank VTB (Azərbaycan)” “Çirkli Pulların Yuyulması və Terrorizmlə Mübarizə” mövzusunda seminar keçirib
# 28 oktyabr 2014 13:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu günlərdə “Bank VTB (Azərbaycan)” ilk dəfə olaraq “Çirkli pulların yuyulması və terrorizmlə mübarizə” (ÇPY/TM) mövzusunda seminar keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, seminarda “Bank VTB (Azərbaycan)”ın 300 əməkdaşı, bankın rəhbərliyi və departament direktorları ilə yanaşı, dəvətli qonaq qismində Azərbaycan Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin baş analitiki Zaur Hacılı və Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev iştirak edib.

Milli qanunvericiliyin və bankların daxili normativ bazasının tələblərinə əsasən, “Bank VTB (Azərbaycan)”da ÇPY/TM üzrə daxili nəzarət sistemi fəaliyyət göstərir ki, bu sistem bank əməliyyatlarının monitorinqi idarəsi və ÇPY/TM şöbəsi tərəfindən idarə olunur.

İdarənin fəaliyyəti bank sistemi vasitəsilə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi prosesinə Bankın cəlb olunması riskinin azaldılmasına yönəlib.

İki hissədən ibarət olan seminarın birinci hissəsində iştirakçılar bank sektorunda ÇPY/TM üzrə qanunvericiliyin tələbləri və normativ baza ilə yaxından tanış olub, bankın struktur bolmələrinin əməkdaşlarının tez-tez yol verdiyi səhvlər, ÇPY/TM-nın yaranma tarixi, bu sahə ilə bağlı maraqlı faktlar müzakirə edilib.

Seminarın ikinci hissəsində tədbir iştirakçılarının - “Bank VTB (Azərbaycan)” əməkdaşlarının bu sahədəki biliklərini qiymətləndirmək məqsədilə test imtahanı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR