İlin əvvəlindən Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 5 mln. manatı ötüb

İlin əvvəlindən Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 5 mln. manatı ötüb
# 07 noyabr 2014 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 17,5 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çox əmtəə satılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılmış istehlak mallarının 50,0%-ni qeyri-ərzaq malları təşkil etmiş və xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% bəndi artıb.

Bu ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-oktyabr aylarına nisbətən 2,5 dəfə artaraq 5,1 mln. manat təşkil edib.

Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,6%-ni hüquqi şəxslərin, 8,4%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,0%-ni qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR