“21 Azər Hərəkatı”nın 69-cu ildönümü münasibətilə tədbir keçirilib

 “21 Azər Hərəkatı”nın 69-cu ildönümü münasibətilə tədbir keçirilib
# 10 dekabr 2014 15:21 (UTC +04:00)

VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən VHP sədri, millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı bildirib ki, hərəkat 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda bir il ərzində fəaliyyət göstərib və demokratik hökumətin qurulması ilə nəticələnib. O, hərəkatın əhəmiyyətini qeyd edərək, qısa müddət ərzində nail olduğu müsbət dəyişikliklərdən danışıb.

Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin hərəkatın tarixi əhəmiyyəti və xarakterik xüsusiyyətlərindən danışaraq, millətin potensial gücünü göstərdiyini vurğulayıb: “Bu gün də bu məğlub hərəkat davam etdirilir, yeni çalarlarla zənginləşdirilmiş türkçülük dalğası ilə növbəti mərhələyə qədəm qoyur. Hərəkatın məğlubiyyətinin səbəbi beynəlxalq və bölgə güclərinin strateji mənafelərinin nəticələridir. Bu gün Bütöv Azərbaycanın yolu Güney Azərbaycanın istiqlalından keçir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, Bütöv Azərbaycan məfkurəsi Azərbaycan xalqının taleyüklü məsələlərindən biridir: “Biz azadlıq mücahidlərimizin irsinə sahib çıxmalıyıq. Bu baxımdan təklif edirəm ki, Bülbülə qəsəbəsində Seyid Cəfər Pişəvərinin xatirəsi əbədiləşdirilsin və 2015-ci il “Güney Azərbaycan ili” elan olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR