Siyavuş Novruzov
DeputatSiyavuş Novruzov. 1969-cu ildə anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini, 1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. Milli Məclisin deputatı, Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavinidir.