#

Nuran Abdullayev

Tibbi ekspert

Nuran Abdullayev. 1989-cu ildə Bakı şəhərində anadan olub. Bakıda Xarici Dillər Təmayüllü Gimnaziyanı əlaçı olaraq bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə qəbul olub. 2012-ci ildə Universiteti fərqlənmə diplomu ilə başa vurub və həmin ildə təhsilini Almaniyanın Köln Universitet klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunda davam etdirib. Avropanın və Almaniyanın Radiologiya Cəmiyyətlərində doktorluq işi təqdim olunan ilk gənc azərbaycanlıdır. Bu təqdimatlardan sonra Köln Universitetində uğurla müdafiə edib və elmi ad alıb. Nuran Abdullayev öz sahəsi üzrə Amerika və Avropada ən çox elmi tədqiqatları dərc olunan yeganə azərbaycanlıdır. Radiologiya sahəsində gənc alimin elmə gətirdiyi yeniliklər Amerikada, Avropada və İsraildə ən nüfuzlu elm mərkəzlərində təqdim olunub. O, elmi tədqiqatlarını həyata keçirmək üçün dünyanın müxtəlif nüfuzlu elmi mərkəzlərindən 10-dan artıq təqaüd alıb və bu mərkəzlərlə birlikdə tədqiqatlara qoşulub. 2019-cu ildə beyin əməliyyatları sahəsində əldə etdiyi yeniliklərə görə Almaniyanın Neyroradiologiya Cəmiyyətinin xüsusi təqaüdünü qazanıb. O, 2019-cu ilin oktyabr ayında Frankfurt şəhərində keçirilən 2-ci alman insult məktəbinə ən gənc invaziv neyroradioloq kimi qatılması üçün xüsusi təqaüd qazanıb. 2020-ci ildən isə elmi araşdırmalarını intensivləşdirmək məqsədilə Köln Universitet Klinikası Philips şirkəti ilə birgə gənc alimə xüsusi təqaüd ayırıb. Nuran Abdullayev elmi-tədqiqat və Köln Universitetindəki pedaqoji fəaliyyəti ilə bərabər, tibb elmi sahəsində nüfuzlu Amerika və Avropa jurnallarında ekspert qismində fəaliyyət göstərir. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetİ Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru.

MƏQALƏLƏRİ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR