#

Səbuhi Rzayev

Analitik

Səbuhi Rzayev. 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2005-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavr, 2009-2011-ci illərdə Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın York Universitetində Dövlət İdarəçiliyi və İctimai Siyasət ixtisası üzrə magistr təhsili alıb. 2018-ci ildə Riqa Ali Hüquq Məktəbinin Avropa İqtisadiyyatı və Hüququ sahəsində intensiv proqramının, 2019-cu ildə Stanford Universitetinin İnkişaf üçün Liderlik Akademiyasının və Amerikanın tanınmış Aspen İnstitutunun Liderlik proqramının məzunu olub. Dünyanın 40-dan çox ölkəsində 50-yə qədər müxtəlif beynəlxalq təlim, konfrans, seminarlarda iştirak edib. Eyni zamanda, ADA Universitetinin, Avropa Kollecinin, Mərkəzi Avropa Universitetinin və Corc Vaşinqton Universitetinin ixtisasartırma proqramlarının məzunudur. 2016-cı ildə ABŞ-da Peşəkar İxtisasartırma proqramı çərçivəsində Massaçusets ştatı, Boston şəhər meriyasında iki aylıq təcrübə keçib. 2006-2009-cu illərdə dövrün aparıcı gənclər təşkilatlarında rəhbər vəzifələrdə təmsil olunub, Avropa Şurası Gənclər Fondu, Avropa Komissiyasının, Gənclər və İdman nazirliyinin dəstəyi ilə Azərbaycanda 30-dan çox yerli və beynəlxalq layihənin təşəbbüskarı və təşkilatçısı qismində çıxış etmişdir. 2010-2013-cü illərdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olub. 9 ildən çox dövlət qulluğu təcrübəsi var. 2013-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rəhbər kadrlara dövlət qulluğunda motivasiya və strateji idarəetmə fənlərini tədris edir. 2011-ci ildən Azərbaycan Böyük Britaniya məzunları İctimai Birliyinin, 2016-cı ildən ABŞ təhsilli Azərbaycan məzunları İctimai Birliyinin üzvüdür.

MƏQALƏLƏRİ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR