Bank Of Baku
#
# 11:29
11 may 2020

Azərbaycanla İran arasında saziş əslində özündə nəyi ehtiva edir?

Təəssüflər olsun ki, bu mövzunun birdən-birə kimlərsə tərəfindən sosial şəbəkələrə ötürülməsi, məsələnin mahiyyətinə dair məlumatın ilk günlərdə kifayət qədər olmaması bəzi ekspertlərin bilərəkdən, bəzilərinin isə, bilməyərəkdən Azərbaycan dövlətini günahlandırması ilə nəticələndi. Əslində isə, vəziyyət tamamilə başqadır və iki dövlət arasında imzalanmış müqavilə Azərbaycanın çevik diplomatik gedişi kimi qələmə verilməlidir. Bunun bir neçə səbəbi var.

Birincisi. 1990-cı illərdən indiyə qədər rəsmi Tehran tərəfindən Cənubi Qafqazda öz plan və layihələrini reallaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə edilmişdir. Belə olan təqdirdə, Araz çayı üzərindəki bu layihələr həssas mövzu olaraq qalmaqda idi. Belə olan təqdirdə, 2016-cı ilin fevral ayında imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan və onu qəbul edən beynəlxalq sənəddir. Bu saziş dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir.

Müqavilənin imzalanması ilə bağlı xarici işlər nazirinin müavini Xələf Xələfovun açıqlanmasına xüsusi diqqət yetirilməlidir. Orda söhbət İranın Azərbaycanın ərazi bütövlüyünü tanımasından gedir. Azərbaycan İranın üzərinə məsuliyyət qoyur və bu məsuliyyət ondan ibarətdir ki, işğal olunmuş ərazilərimizdə işğalçılarla hüquqi çərçivədə əməkdaşlıq mümkün deyil. Təsadüfi deyil ki, ikitərəfli sazişlə bağlı Ermənistanın media qurumları susmaqda davam etməkdədirlər. Çünki bu müqavilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir.

İkincisi. İranla Azərbaycan arasında sərhədlərin delimitasiyasının legitimləşməsi. Müqavilə İranın Azərbaycanın ərazi bütövlüyün tanınmasını de-yure göstərmiş və Azərbaycan-İran sərhədlərimizin faktiki koordinatlarını tarix kitablarına həkk etmiş olur. Hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaq.

Üçüncüsü. Bəndlərin birgə istifadəsi və idarəçiliyi yalnız və yalnız iki tərəfə - Azərbaycan və İrana məxsusdur. Üçüncü tərəfin istifadəsi beynəlxalq hüququn pozuntusu kimi qəbul ediləcək.

Beləliklə, 2016-cı ilin fevral ayında imzalanmış Saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan, dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir.

 

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR