Azərbaycanın bir neçə IT şirkəti HP-dən yeni tərəfdaşlıq statusu alıb

Azərbaycanın bir neçə IT şirkəti HP-dən yeni tərəfdaşlıq statusu alıb
# 24 noyabr 2008 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Hewlett Packard» şirkətinin (HP) Azərbaycanda olan yerli tərəfdaşları «HP Gold Preferred Partner» statusu alıb.
HP-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən statusu HP-nin yerli tərəfdaşları olan AZEL, «Bestel», «Lider», «Unitech» və «Sinam» şirkətləri alıb.
Belə ki, Azel şirkəti «Service Specialist», «Imaging and Printing Specialization», «Bestel» şirkəti – «Enterprise Storage & Services Specialization», «Unitech» şirkəti isə «Enterprise Storage & Services Specialization» və «Large Format Printing Specialization» ixtisaslaşmaları üzrə «HP Gold Preferred Partner» statusu alıb.
Bundan əlavə, «Idrak Texnologi Transfer» şirkəti «Preferred Partner» statusunu almaqla HP-nin yeni yerli tərəfdaşı olub.
Tərəfdaş statusu yerli şirkətlərə HP-nin tədris proqramlarında iştirak etmək, həmçinin «HP Preferred Partner» statusuna aid bütün üstünlüklərdən bəhrələnmək imkanını təmin edir.
Qeyd edək ki, Azərbaycanda HP şirkətinin 9 «Preferred Partner» statuslu tərəfdaşı var. MDB məkanı üzrə isə bu statuslu şirkətlərin sayı 150-dir. MDB ölkələri üzrə «HP Gold Preferred Partner» statusuna 50 şirkət malikdir ki, onlardan 5-i Azərbaycanı təmsil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR