ARDNŞ-in birinci vitse-prezidenti: «Xəzərin hüquqi statusu həll olunmayınca, Azərbaycan və İran mübahisəli strukturlarda kəşfiyyat aparmayacaqları barədə öhdəlik götürüb»

ARDNŞ-in birinci vitse-prezidenti: «Xəzərin hüquqi statusu həll olunmayınca, Azərbaycan və İran mübahisəli strukturlarda kəşfiyyat aparmayacaqları barədə öhdəlik götürüb»
# 03 iyun 2009 12:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran mübahisəli «Alov» yatağında deyil, Xəzərin digər cənub ərazilərində kəşfiyyat-qazma işləri aparmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu İranın mübahisəli «Alov» yatağında kəşfiyyat işlərinə başlayacağı barədə yayılan xəbərlərə münasibət açıqlayan ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X. Yusifzadənin sözlərinə görə, Xəzərin hüquqi statusu həll olunmayınca Azərbaycan və İran mübahisəli «Araz», «Alov», «Şərq» strukturlarında kəşfiyyat işləri aparmayacaqları barədə öhdəlik götürüb: «İran «Alov»da deyil, Xəzərin digər ərazilərində geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırır. Bununla bağlı Azərbaycan və İran arasında heç bir problem yoxdur».

Xatırladaq ki, İranın neft sənayesi naziri Qulam Hüseyn Nozari İranın yaxın vaxtlarda Azərbaycanla mübahisəli «Alov» (Alborz) yatağında kəşfiyyat işlərinə başlamağı planlaşdırdığını bildirdib.

Qeyd edək ki, İranın «Alborz» adlandırdığı «Alov» yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərqə doğru təxminən 120 kilometrlik məsafədə yerləşir. «Alov», «Araz», «Şərq» perspektiv yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi Azərbaycan hökuməti ilə 1998-ci ilin iyul ayında imzalanıb. Saziş 1400 kvadrat kilometrə yaxın ərazini əhatə edir. 2001-ci il iyulun 23-də adıçəkilən strukturların ərazisində kəşfiyyat aparan «Geofizik-3» İran Hərbi Dəniz Qüvvələri tərəfindən ərazidən uzaqlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR