Bosniya və Herseqovinada etiraz aksiyaları zamanı 45 nəfər xəsarət alıb

Bosniya və Herseqovinada etiraz aksiyaları zamanı 45 nəfər xəsarət alıb
# 06 fevral 2014 21:46 (UTC +04:00)

Bakı-APA. Bosniyanın Tuzla şəhərində hökumət əleyhinə iki gündür davam edən etiraz aksiyaları zamanı 45 nəfər xəsarət alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları aksiyaların dağıdılması üçün gözyaşardıcı qazdan istifadə ediblər, etirazçılar isə dövlət və bələdiyyə idarələrini daşqalaq ediblər. Etiraz aksiyaları paytaxt Sarayevo daxil olmaqla Bosniya və Herseqovinanın digər şəhərlərində də keçirilib. Xəsarət alanlardan 30 nəfərinin polis əməkdaşı olduğu bildirilir.

Ölkədəki ağır sosial vəziyyət etirazlara səbəb olub. Rəsmi statistikaya əsasən, ölkədə işsizliyin səviyyəsi 27,5 faiz təşkil edir. Etirazçılar özəlləşmənin nəticələrinə yenidən baxılmasını və ölkədə sosial ədalətin təmin olunmasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR