Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalının fəaliyyəti ilə maraqlanıb - FOTOSESSİYA

Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalının fəaliyyəti ilə maraqlanıb  - <span style="color: red;">FOTOSESSİYA
# 23 noyabr 2013 09:23 (UTC +04:00)

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov bu gün Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında olublar.

Müdafiə naziri fəal döyüş əməliyyatları zamanı yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan, müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra cərrahiyyə hospitalı ilə tanış olub.
Burada gün ərzində xəstə və yaralılara tibbi xidmət göstərilməsinin mümkünlüyü, hospitalda düzgün xəstəlik diaqnozunun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə, rabitə, həmçinin diaqnostika və əməliyyat bölmələrinin fəaliyyəti barədə nazirə məruzə edilib.

Z. Həsənov qısa müddət ərzində cəbhə bölgələrində səhra hospitallarının tam şəkildə quraşdırılması, hərbi-həkim heyətinin taktiki təlimlər zamanı fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və səhra hospitallarının aktiv döyüş əməliyyatlarına hazırlıq vəziyyətinə gətirilməsi barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisinə müvafiq tapşırıqlar verib.

Sonra nazir Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən son elmi-texniki nailiyyətlərə əsaslanan avadanlıqla təchiz edilmiş ikinci müalicə korpusunda müalicə alan xəstələrə baş çəkib. Hospitalın kollektivi ilə görüş zamanı Z. Həsənov hərbi qulluqçulara, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə yüksək ixtisaslı tibbi yardım göstərilməsi, şəxsi heyətin sağlamlığına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR