Bakının Nizami rayonunda yanğın olub

Bakının Nizami rayonunda yanğın olub
# 09 dekabr 2013 17:48 (UTC +04:00)

Bakı-APA. Bakının Nizami rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m ikiotaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 4 kv.m və mətbəxin lambirdən ibarət tavanı 5 kv.m sahədə yanıb.

Yanğın zamanı mənzilin sahibi yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR