Mayın 25-də Bakı, Gəncə və Naxçıvanda magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək

Mayın 25-də Bakı, Gəncə və Naxçıvanda magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək
# 23 may 2014 08:11 (UTC +04:00)

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 1-dən 8-dək aparılıb.

Bu hüquqa malik olan bakalavrlardan 10159 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8900 nəfəri Azərbaycan bölməsi, 1259 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4269 nəfərini oğlanlar, 5890 nəfərini isə qızlar təşkil edir. 6101 nəfər ali təhsil müəssisələrinin builki, 4058 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 8957 nəfərinin Bakıda, 249 nəfərinin Naxçıvanda, 953 nəfərinin isə Gəncədə imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın keçirilməsi üçün Bakıda 13, Naxçıvanda 1, Gəncədə isə 2 imtahan mərkəzi ayrılıb.

İmtahan mayın 25-də saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri www.tqdk.gov.az internet saytında yerləşdiriləcək.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2014-cü il mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR