Gürcüstan-Rusiya sərhədi yaxınlığında dağ uçqunu baş verib

Gürcüstan-Rusiya sərhədi yaxınlığında dağ uçqunu baş verib
# 17 may 2014 11:52 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Dəryal vadisində dağ uçqunu və palçıq sürüşməsi baş verib.

APA-nın Gürcüstan mətbuatına istinadən məlumatına görə, dağ uçqunu nəticəsində daşlar Terek çayının sularının qarşısı kəsib.

Kazbeqi rayon icra hakimiyyətinin başçısı Şalva Eloşvili bildirib ki, vadiyə palçıq dolduğundan, hadisənin baş verdiyi sərhəd məntəqəsinə yaxın ərazidə yaşayanlar da köçürülür: “Vəziyyət çıxılmaz həddə düşüb. Vadi palçıqla dolur. Ölüm də var, lakin bizdə dəqiq məlumat yoxdur”.

Hadisə nəticəsində ərazidə tikilən SES-də çalışan 3 Türkiyə vətəndaşı həlak olub. Ərazidə olan tuneldə də xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis-patrul xidməti, xilasetmə və tibb briqadası cəlbedilib. Gürcüstan paytaxtından da əlavə xilasetmə briqadası göndərilib.

Msxeta-Mtianeti bölgəsinin qubernatoru qeyd edib ki, dağ uçqunu Dəryal vadisi ərazisində, Gürcüstan-Rusiya sərhədi ərazisində tikilən SES-in yaxınlığında baş verib.

Digər məlumatlarda ölüm hadisəsinin baş vermədiyi də bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR