Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonu üzrə prioritet layihələrin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonu üzrə prioritet layihələrin qəbuluna başlayıb
# 01 iyun 2013 09:00 (UTC +04:00)

Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

«APA-Economics»in məlumatına görə, mayın 30-da SKMF Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qaradağ rayonu üzrə sahibkarlıq subyektlərindən bəzi istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Bunlar müasir ət kəsimi müəssisəsinin yaradılması; kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması; müasir çörək zavodunun yaradılmasıdır.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR