AEBA müfəttişləri Ərdəkandakı Təğliz kondensasiya zavoduna texniki baxış keçiriblər

AEBA müfəttişləri Ərdəkandakı Təğliz kondensasiya zavoduna texniki baxış keçiriblər
# 08 may 2014 12:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri mayın 7-də Ərdəkandakı Təğliz kondensasiya zavoduna texniki baxış keçiriblər.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu addım İranla AEBA arasında imzalanmış 7 maddəlik anlaşma çərçivəsində baş tutub. Bununla da AEBA müfəttişlərinin İrana üçgünlük səfəri baş çatıb.

Bir gün əvvəl isə həmin razılaşmanın digər müddəalarından biri olan Yəzd şəhərindəki Sağənd uran mədəninə texniki baxış keçirilib. Artıq razılaşma mətnində yer almış müddəalardan biri olan Ləşkərabad Lazer Mərkəzinə texniki baxış olub. Eyni zamanda tərəflər arasındakı anlaşma sənədinə Ərak şəhərindəki İR-40 ağır su nüvə reaktoru barədə informasiyanın təqdim edilməsi, AEBA ilə birgə İR-40 ağır su nüvə reaktoru üçün mühafizə tədbirlərinin razılaşdırılması və nüvə materiallarının idxal-ixracına dair məlumatın təmin edilməsi kimi addımlar da daxildir.

Qeyd edək ki, AEBA rəsmisi Massimo Aparonun rəhbərlik etdiyi üç nəfərlik nümayəndə heyəti mayın 4-də İrana səfər edib. Onlar mayın 5-də İran Atom Enerjisi Təşkilatında “Ərak şəhərindəki İR-40 ağır su nüvə reaktoru üçün həll yolunun tapılması” adlı iclasda iştirak ediblər. Yığıncaq AEBA müfəttişlərinə Ərak şəhərindəki İR-40 ağır su nüvə reaktoruna texniki baxış keçirmələrinə icazə verilməsi barədə razılığın əldə olunması ilə başa çatıb. İranla AEBA arasında fevralın 8-9-da Tehranda əldə olunmuş razılaşmanın müddəti mayın 15-də başa çatmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR