Ombudsman Aparatının əməkdaşları həbsdəki “NİDA” üzvləri ilə görüşüblər

Ombudsman Aparatının əməkdaşları həbsdəki “NİDA” üzvləri ilə görüşüblər
# 23 aprel 2014 15:07 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə MPQ-nin həkim üzvü də iştirak edib. Həmin şəxslərlə konfidensial qaydada söhbət zamanı onlar saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, səhhətlərində hər-hansı bir pozuntu aşkar olunmayıb. Eyni zamanda adı çəkilən şəxslər aprelin 17-dən aclıq aksiyası keçirdiklərini bildirsələr də, bu barədə yazılı qaydada BİT-in rəhbərliyinə müraciət etməyiblər.

Habelə müəyyən edilib ki, adı çəkilən şəxslər əvvəlki kamera yoldaşları ilə bir yerdə saxlanılır, müəssisə həkimi tərəfindən bir neçə dəfə müayinə olunublar.

MPQ-nin həkim üzvü həmin şəxslərin bəzilərini maraqlandıran sualları cavablandırıblar. Eyni zamanda müəssisə həkiminə onların vəziyyətini nəzarətdə saxlaması tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR