Avropa Birliyi Belarusa qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb

Avropa Birliyi Belarusa qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb
# 29 oktyabr 2013 23:06 (UTC +04:00)

Bakı-APA. Avropa Birliyi Belarusa qarşı tətbiq olunan sanksiyaların müddətini avtomatik olaraq daha bir il uzadıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, AB Şurasının bəyanatına görə, “insan hüquqları sahəsində dəyişikliyin olmaması” səbəbindən sanksiyalar 2014-cü ilin oktyabrın sonunadək uzadılıb.

Avropa Birliyinin Belarusa qarşı tətbiq etdiyi sanksiyalar paketi ölkə rəhbərliyinin nümayəndələrinin və bir sıra iri sahibkarların daxil edildiyi “qara siyahı”dan, Avropa sahibkarlarına bir sıra Belarus şirkətləri ilə əməkdaşlığa qoyulan qadağadan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR