Ukrayna-Rusiya sərhədində atışma olub, 5 ukraynalı sərhədçi yaralanıb

Ukrayna-Rusiya sərhədində atışma olub, 5 ukraynalı sərhədçi yaralanıb
# 06 iyun 2014 03:32 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, Rusiya ərazisindən Ukrayna Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinə hücum edən silahlılar “BTR” və üzərində iriçaplı pulemyotların quraşdırılmış “KamAZ” yük maşınlarında hərəkət ediblər. Ukrayna ərazisində isə eyni vaxtda 100-dən çox silahlı separatçı nəzarət-buraxılış məntəqəsinə hücuma keçib.

Məlumata görə, qeyd olunan ərazidə bir neçə saat davam edən şiddətli döyüş nəticəsində 5 ukraynalı sərhədçi yaralanıb.

Ukrayna Silahlı Qüvvələri dərhal və planlı hadisəyə reaksiya verib. Belə ki, hadisə yerinə operativ şəkildə cəlb olunan Ukrayna hərbi aviasiyası hücum edənlərin mövqelərinə 2 dəfə zərbələr endirib. Həmçinin sərhədçilərə kömək məqsədi ilə qeyd olunan əraziyə ordu birləşməsi yola salınıb. Silahlıların çoxlu sayda itki verdiyi bildirilir.

Məlumata görə, döyüş zamanı hücum edənlərə məxsus “Ural” markalı yük maşını, 2 “KamAZ” markalı yük maşını və 1 “BTR” vurularaq sıradan çıxarılıb.

“UNİAN”-ın qeyd edir ki, aviasiyanın zərbələrindən sonra hücumda iştirak edən terrorçuların bir qismi geriyə, yəni Rusiya ərazisinə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR