Ötən il 2 hakimin səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub

Ötən il  2 hakimin səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub
# 18 mart 2014 13:53 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Məhkəmə - Hüquq Şurasının bu gün keçirilən iclasında qeyd olunub. Bildirilib ki, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 96,4%-i, hökmlərin isə 90,2%-i dəyişdirilməyərək sabit qalıb.

Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 2013-cü ildə 13 hakim barədə intizam icraatı başlanılıb, o cümlədən 2 nəfərin hakimlik səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.

İclasda çıxış edən Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Şuranın iclasının yeni formatda, şəffaf, vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilməsinin, video-konfrans üsulu ilə ölkənin bütün regionlarının əhatə olunmasının əhəmiyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR