Mingəçevir sakini həmyerlisini bıçaqlayıb

Mingəçevir sakini həmyerlisini bıçaqlayıb
# 08 may 2013 09:34 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb. Mingəçevir sakini, 1992-ci il təvəllüdlü Həsənli Ümid Vasif oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1983-cü il təvəllüdlü Əliyev Rəşid Hüsaməddin oğlunu bıçaqlayıb. Bır neçə bıçaq xəsarəti alan Rəşid Əliyev Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR