«Dəmirbank»ın aktivləri son bir ildə 8% artıb

«Dəmirbank»ın aktivləri son bir ildə 8% artıb
# 23 may 2013 14:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivləri mayın 1-nə 381 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi son bir ildə 2,5% artaraq 282,1 mln. manata çatıb.

Mayın 1-nə depozitlərin həcmi 178,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi 136 mln. manat təşkil edib ki, ötən ilin hesabat dövrü ilə müqayisədə bu göstərici 19,4% çoxdur.

Hazırda bankın nizamnamə kapitalı 21 mln. manat, məcmu kapitalı isə 56,6 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR